...

Azərbaycanlı məzunlar Belarusda pulsuz ali təhsil alacaqlar

Cəmiyyət Materials 22 İyul 2015 15:53 (UTC +04:00)
Azərbaycanlı məzunlar üçün Belarusda pulsuz ali təhsil almaq imkanı yaradılıb.
Azərbaycanlı məzunlar Belarusda pulsuz ali təhsil alacaqlar

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanlı məzunlar üçün Belarusda pulsuz ali təhsil almaq imkanı yaradılıb.

Azərbaycan vətəndaşlarının Belarusun ali təhsil müəssisələrində təhsil almağa cəlb olunması məqsədilə gənclərimiz üçün Belarus Təhsil Nazirliyi tərəfindən "Study in Belarus" maarifləndirici viktorinaları keçirilir. Bu barədə Trend Belarusun Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Viktorinalar www.studyin.edu.by saytında müsabiqə tapşırıqlarının yerləşdirilməsi vasitəsilə həyata keçirilir.

Viktorinaların nəticələrinə əsasən, yüksək bal toplayan 3 iştirakçı Belarusun ali təhsil ocaqlarında pulsuz təhsil almaq imkanı əldə edəcək.

Müsabiqədə iştirak etmək üçün ətraflı məlumat: www.studyin.edu.by

Məqalədə:
Xəbər lenti

Xəbər lenti