...

Dövlət Qoruğunda narkotik bitki aşkarlandı

Cəmiyyət Materials 30 İyul 2015 11:02 (UTC +04:00)
Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkarlanıb.
Dövlət Qoruğunda narkotik bitki aşkarlandı

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı xüsusi texnikanın-helikopter və çəkiliş aparan paraplanların köməkliyi ilə qoruğun Gərəkli sahəsinin mürəkkəb relyefli, uçqun meyilli ərazisində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkar edilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda qoruğun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

İyulun 3-də Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun mürəkkəb relyefli Axkimal sahəsinin ərazisində də reyd keçirərkən ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kol aşkar edib. Sözügedən sahəyə foto-video tələ yerləşdirilərək, əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti