...

Azərbaycanda lisenziyalı turizm şirkətlərinin sayı 300-ə çatır

Cəmiyyət Materials 6 Avqust 2015 16:45 (UTC +04:00)
Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 295-ə, mehmanxanaların sayı isə 338-ə çatıb.
Azərbaycanda lisenziyalı turizm şirkətlərinin sayı 300-ə çatır

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 295-ə, mehmanxanaların sayı isə 338-ə çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iyul ayı ərzinə 9 şirkətlə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Bunlar "Ze Tur", "Luna Travel", "Bir An Tur", "Kaspi Tur", "Azera Turizm", "Time To Travel", "Mondo Travel", "A La Carte Travel", "Filosofi" Məhdud Məsuliyyətli cəmiyyətləridir. Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 295-ə çatıb.

İyul ayında 4 yerləşdirmə obyektinə mehmanxana və mehmanxana tipli obyektl kimi fəaliyyət göstərmək üçün lisenziya verilib. Bunlar "May Vey Travel", "Dostluq" istirahət mərkəzi, "Motel", "Business Palace" mehmanxanasıdır. Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti