...

Millət vəkilləri ön cəbhədə

Cəmiyyət Materials 17 Avqust 2015 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

"Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqətinin müsbət nəticələri göz önündədir. Bütün bunlar hər birimizdə bir daha əminlik yaradır ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək."

Trend-in məlumatına görə, bunu ön cəbhə bölgəsində əsgər, gizir və zabitlərin qarşısında çıxış edən Milli Məclisin deputatı Fuad Muradov bildirib.

Deputat ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Orduya göstərdiyi diqqət və qayğıdan söz açıb: "Ön səngərdə gördüklərim, hərbi qulluqçuların sosial-məişət şəraiti, ərzaq təminatı, hər şeydən öncə isə onların döyüş hazırlığı və vətənpərvərlik ruhu məni bir daha əmin etdi ki, Azərbaycan Ordusu çox güclüdür. Biz istənilən an torpaqlarımızı işğaldan azad etmək gücündəyik."

Milli Məclisin deputatı Rövşən Rzayev isə bildirib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır: "Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli tədbirlər görülür".

Hərbçilər qarşısında çıxış edən R.Rzayev Azərbaycan əsgəri ilə fəxr etdiyini xüsusi vurğulayıb.

Millət vəkilləri ön cəbhədə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər. Qonaqlara ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.

Qeyd edək ki, bir qrup jurnalist və millət vəkillərindən ibarət nümayəndə heyəti Göygöl və Tovuz rayonlarındakı təmas xəttində xidmət aparan əsgərlərlə görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti