...

Günəş qızmar şüalarını əsirgəməyəcək, sonradan yağış və leysan olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Avqust 2015 13:45 (UTC +04:00)

ilk xəbər 13:17-də yayılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, lakin axşam doğru buludluluq artacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti proqnozlaşdırılır.

XXX

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə isə avqustun 20-si axşam və avqustun 21-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun aşağı enməsi müsbət amildir. Avqustun 22-də mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti