...

İranlı velosipedçilər Məşhəd – Bakı velomarafonunda

Cəmiyyət Materials 10 Sentyabr 2015 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranlı velosipedçilər Cavad Ədaləti və Mehdi Süleymani İranın Məşhəd şəhərindən Bakıyadək məsafəni qət etmək üçün marafona çıxıblar. Onlar İmam Rzanın (ə) bacısı Həkimə xanımın Bibiheybətdəki məzarını ziyarət ediblər.

55 yaşlı Cavad Ədaləti Trend-ə açıqlamasında deyib ki, marafona avqustun 26-da İmam Rzanın (ə) mövludu günü start veriblər: "İki min kilometr məsafəni İranın Quçan, Bocnurd, Xəzər dənizi ətrafı şəhərlər, Rəşt və Astara sərhəd keçid məntəqəsindən keçərək Bakı şəhərinə gəlmişik ki, İmam Rzanın (ə) salamını bacısı Həkimə xanıma çatdıraq".

Marafonçular qeyd ediblər ki, məqsəd həm də velosiped sürmək mədəniyyətinin İranda və dünyada tanıtdırmaqdır.

C.Ədaləti deyib ki, biz velomarafonu davam etdirərək Bakıdan Gəncə və Şəki şəhərlərinə də gedecəyik.

32 yaşlı Mehdi Süleymani isə deyib ki, gələn il İran-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə velomarafona çıxmaq qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti