...

Azərbaycanda arıçılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır

Cəmiyyət Materials 10 Sentyabr 2015 11:23 (UTC +04:00)
Hazırda Azərbaycanda arıcılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır.
Azərbaycanda arıçılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsbalayeva/

Hazırda Azərbaycanda arıçılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abdullayev "Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu standartların tətbiqi alıcının məhsulun keyfiyyəti barədə daha ətraflı məlumat almasına imkan verəcək.

Q.Abdullayev gələn il Azərbaycanda arıların genefondunun yaradılacağını da söyləyib.

O qeyd edib ki, Azərbaycanda arıların sayının və arıçılıq məhsullarının həcminin artırılması nəzərdə tutulur.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, arıçılıq məhsullarının xarici bazara çıxması üçün rəqabət qabiliyyətli məhsullar istehsal etmək lazımdır. Bunun üçün də Azərbaycanda münbit şərait var. Nazir müavini bu sahəyə dövlət dəstəyinin göstərildiyini də xüsusi qeyd edib.

S.Məmmədov deyib ki, arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin xüsusi rolu var. Buna görə də tərəflər bir-biri iıə əməkdaşlıq etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti