...

"Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti"

Cəmiyyət Materials 22 Sentyabr 2015 17:13 (UTC +04:00)
Vergilər Nazirliyində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Sülh aylığı” çərçivəsində “Azərbaycanın vergi jurnalı” redaksiyası tərəfindən “Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” mövzusunda "dəyirmi masa" keçirilib.
"Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti"

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün Vergilər Nazirliyində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Sülh aylığı" çərçivəsində "Azərbaycanın vergi jurnalı" redaksiyası tərəfindən "Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti" mövzusunda "dəyirmi masa" keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə ombudsman, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AMEA-nın İnsan Hüquqları İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Konstitusiya Araşdırmalar Fondunun nümayəndələri və Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Ombudsmanın təşəbbüsü ilə hər il respublikamızda Prezident İlham Əliyevin sərəncamları ilə qəbul olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı" çərçivəsində "Sülh aylığı" keçirilir. Tədbirdə qeyd olunub ki, aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Bildirilib ki, bu gün Azərbaycan sabitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır və bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir. "Sülh aylığı" çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verməkdədir.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri vergi ödəyiciləri üçün yaradılmış əlverişli hüquqi baza, onların öz hüquqlarını müdafiə etməsi üçün yaradılmış imkanlar barədə danışıb. Qeyd olunub ki, İnsan hüquqları sahəsində təşkil edilən tədbirlərdə, o cümlədən ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramının həyata keçirilməsində Vergilər Nazirliyinin müstəsna rolu var. Nazirlik insan hüquqlarının, eləcə də vergi ödəyicilərinin hüquqlarının müdafiəsi sahəsində mühüm islahatlar həyata keçirir. Son illər Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti sahibkarlığın inkişafını stimullaşdırmağa, onların hüquqlarının qorunmasına yönəlib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti