...

Azərbaycan və Belarus arasında təhsillə bağlı məsələlər müzakirə olunub

Cəmiyyət Materials 22 Sentyabr 2015 17:57 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Azərbaycan və Belarus arasında təhsillə bağlı məsələlər müzakirə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmir Murad/

Təhsil naziri Mikayıl Cabbarov Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Cabbarov səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Belarus arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və Azərbaycan da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti