...

Son illər Azərbaycanda yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulur? (SİYAHI)

Cəmiyyət Materials 25 Sentyabr 2015 11:57 (UTC +04:00)
Azərbaycanda yeni doğulan uşaqlara daha çox qoyulan adların siyahısı açıqlanıb.
Son illər Azərbaycanda yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulur? (SİYAHI)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda yeni doğulan uşaqlara daha çox qoyulan adların siyahısı açıqlanıb.

Trend Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2015-ci ilin 9 ayı ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Yusif adı olub. Belə ki, bu müddətdə yeni doğulmuş 2380 uşağa Yusif adı qoyulub. Bu ilin 9 ayı ərzində populyarlıq qazanmış oğlan adları isə Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları olub.

Qız uşaqlarına isə daha çox Zəhra adı verilib. Cari ilin 9 ayı ərzində yeni doğulmuş 2348 qıza Zəhra adı qoyulub. Bu il populyarlıq qazanmış digər qız adları isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adları olub.

Qeyd edilən bu adlar ümumiyyətlə son beş il ərzində də digərlərinə nisbətən üstünlük təşkil edib. (Yusif - 16508, Zəhra - 15225, Nuray - 12869, Fatimə - 11377, Əli - 11267, Hüseyn - 10967, Aylin - 7542, Ayan - 7405, Məhəmməd - 7188, Zeynəb - 7019, Murad - 6992).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti