Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırmaların nəticəsini açıqlayıb.
İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, Xətai rayonu 95 saylı məktəbdə şagirdin öz müəlliməsini döyməsi xəbəri öz təsdiqini tapmayıb: "Yayılan xəbər həqiqətə uyğun deyil. Məktəbdə müəllim və şagird arasında anlaşılmazlıq baş verib və elə həmin gün də aradan qaldırılıb".