...

Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 15:22 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akdemik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akdemik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri" adlı konfransı açan rektor akademik Abel Məhərrəmov şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamından bəhs edib. Rektor B.Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan, yaradıcılığında tarixi-mədəni dəyərlərə ehtiramından, ana dilinin saflığının qorunmasındakı xidmətlərindən bəhs edib. Tanınmış dramaturq B.Vahabzadənin ömrünün 50 ilinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu bildirən A.Məhərrəmov universitetdə B.Vahabzadə adına təqaüdün təsis olunduğunu, adına auditoriya açıldığını da diqqətə çatdırıb.

Konfransda xalq şairi B.Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx və "BDU Dram Klubu"un təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya maraqla izlənilib.

Sonda xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə çıxış edərək 90 illik yubileyin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti