...

Azərbaycanda İİV-lə bağlı Avropa Həftəliyi keçiriləcək

Cəmiyyət Materials 6 Noyabr 2015 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il noyabr ayının sonuncu həftəsində Azərbaycanda İİV-lə (İnsanın İmmunçatışmazlığı Virusu) bağlı Avropa Həftəliyi keçiriləcək.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə, böyükl ticarət mərkəzlərində, dəmiryol vağzalında, universitetlərdə xüsusi məntəqələr qurulacaq.

Burada İİV-ə görə müayinə olunmaq istəyən şəxslərin testlə müayinəsi aparılacaq. Müayinənin nəticəsi çox qısa zaman ərzində açıqlanacaq.

Qeyd edək ki, belə bir həftəlik Azərbaycanda 3-cü dəfə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti