...

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri ukraynalı rektora "Şərəf" ordeni verdi (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2015 18:10 (UTC +04:00)
Bu gün “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) rektoru L.V.Quberski ilə görüşüb.
"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri ukraynalı rektora "Şərəf" ordeni verdi (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bu gün "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) rektoru L.V.Quberski ilə görüşüb.

Qeyd edək ki, KMU-nun təxminən iki əsrlik tarixi var. Bu baxımdan onun Ukrayna üçün böyük əhəmiyyəti danılmazdır. Hazırda Ukrayna özünün yeni dirçəliş mərhələsindədir. Elə buna görə də hər işdə savadlı mütəxəssislər, öz sahəsini mükəmməl bilən peşəkarlar lazımdır. Bu isə böyük məsuliyyət, bilik, qayğıkeşlik və yaradıcılıq tələb edir. Əlbəttə, iki əsrlik ənənəsi olan universitetdə güclü müəllim heyətinin və hazırkı rəhbərliyin savadla qurduqları siyasət sayəsində məzunlar öz sahələrində qiymətli kadrlar hesab edilir.

Görüş zamanı L.V.Quberski vurğulayıb ki, T.Şevçensko adına KMU dünyanın 243 universiteti ilə uğurla əməkdaşlıq edir. Uzun illər ərzində universitetdə konfranslar və xarici elm adamları ilə görüşlər keçirilib.

Öz növbəsində, E.Məmmədov rektora məlumat verib ki, T.Şevçenko adına KMU-nun məzunları arasında çoxsaylı azərbaycanlılar da olub. 1834-cü ildə yaradılan bu qocaman universiteti XIX əsrin ortalarında tanınmış azərbaycanlılardan - Əlimərdan bəy Topçubaşov, Yusif bəy Çəmənzəminli, XX əsrin ikinci yarısında isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun müavinləri Xələf Xələfov və Nadir Hüseynov, maliyyə naziri Samir Şərifov və başqaları bitirib.

Uzun söhbətdən sonra E.Məmmədov "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı adından KMU-nun rektoru L.V.Quberskiyə "Şərəf" ordeni verib və onu alyansın "Fəxri üzvü" elan edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti