...

Sabah hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 14 Noyabr 2015 11:39 (UTC +04:00)
Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.
Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-15, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti