...

Qaradağ rayonunda yubiley tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2015 16:39 (UTC +04:00)
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qaradağ rayonunda yubiley tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab S.Mikayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olub".

İH başçısı o dövr Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirib: "Bu gün əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi sabitliyin qorunmasında, inkişafımızın təmin edilməsində qarant rolunu oynayıb.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün artıq reallaşıb".

YAP-ın icra katibinin müavini, millət vəkili S.Novruzov öz növbəsində qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini vurğulayıb: "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin günü-gündən çiçəklələnməsi, regionun ən qüdrətli, güclü dövlətinə çevrilməsi təməli Ulu Öndər tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir".

YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili M.Zabelin Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə çox böyük nüfuza malik olduğunu fikrini səsləndirib: "Partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Çətin bir şəraitdə yaranan YAP çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, ətrafına insanları toplaması bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

YAP Qaradağ rayon təşkilatının sədri A.Hüseynov çıxış edərək partiyanın yaranması və inkişafı tarixindən, partiyanın müasir Azərbaycanın həyatında oynadığı böyük roldan danışıb.

Daha sonra çıxış edən natiqlər partiyanın ictimai həyatdakı rolundan, müasir Azərbaycan gəncliyinin partiya sıralarında ölkə başçısı, YAP-ın sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini partiya üzvü olaraq onun ətrafında sıx birləşməklə nümayiş etdirdiklərini bildiriblər.

Daha sonra YAP sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbiri yekun nitqlə S.Mikayılov Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məşhur "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı ilə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti