...

Şəkidə zəlzələ zamanı dağılan evlərin tikintisi niyə yubanır?

Cəmiyyət Materials 2 Dekabr 2015 14:32 (UTC +04:00)
Şəkidə zəlzələ nəticəsində dağılan evlərin yerində yenilərinin tikilməsi prosesi yubanır. Artıq 3 aydan da artıq vaxt ötməsinə baxmayaraq hələ də evlərin tikintisi tam yekunlaşmayıb. Məsələ ilə əlaqədar Şəki şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxazovla əlaqə saxladıq.
Şəkidə zəlzələ zamanı dağılan evlərin tikintisi niyə yubanır?

Bakı. Elmir Murad - Trend:

Şəkidə zəlzələ nəticəsində dağılan evlərin yerində yenilərinin tikilməsi prosesi yubanır. 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də evlərin tikintisi tam yekunlaşmayıb. Məsələ ilə əlaqədar Şəki şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxazov Trend-ə açıqlamasında bildirib ki, tikintinin yubanması İcra Hakimiyyətindən asılı olmayan səbəblərdən yaranıb.

Tikinti işlərinin 24 saat növbəli rejimdə həyata keçirildiyini deyən T.Alxazov yubanmanın səbəbini belə izah edib: "Gecə-gündüz tikinti işləri aparılır. Amma hələ tikintisi aparılan evlərdən yekunlaşanı yoxdur. Çünki bu, vaxt aparan prosesdir. Evlərin layihəsinin, smetaların hazırlanması, həmçinin, layihənin müəyyən ekspertizalardan keçməsi üçün zaman lazımdır. Büdcədən maliyyənin ayrılması, vəsaitin daxil olması, bazarlama və satınalmalar uzun çəkən və vaxt alan proseslərdir. Buna baxmayaraq, çalışırıq ki, tez bir zamanda evləri tikib vətəndaşlara təhvil verək".

Qeyd edək ki, sentyabrın 4-də baş vermiş zəlzələ nəticəsində Şəkidə dağıntılar qeydə alınmışdı. Ən çox dağıntı Şəkinin Qara Torpaq kəndi və Turan qəsəbəsində olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti