...

Baş nazir: Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir

Cəmiyyət Materials 4 Dekabr 2015 11:37 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Andorra Knyazlığının Baş naziri Antoni Marti Petitlə görüş keçirilib.
Baş nazir: Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Andorra Knyazlığının Baş naziri Antoni Marti Petitlə görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, Antoni Marti Petit bu ölkənin sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyqi və Mərkəzin Baş katibi Rövşən Muradovu qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda baş tutan Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi Ali səviyyəli toplantı haqqında Baş nazir Antonu Marti Petitə geniş məlumat verib. Oskar Ribas həmçinin, 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.

Antoni Marti Petit isə öz növbəsində Foruma dəvətlə əlaqədar təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin muzakirə edilməsində əhəmiyyətini vurğulayıb. Baş nazir Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti