...

"Vergilər" mövzusunda ən bilikli tələbə və magistrantlar məlum oldu (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2015 17:16 (UTC +04:00)
"Vergilər" mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 9-cu olimpiada keçirilib.
"Vergilər" mövzusunda ən bilikli tələbə və magistrantlar məlum oldu (FOTO)

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkəmizin 13 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi, "Vergilər" mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 9-cu olimpiada keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə UNEC-in foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

UNEC-in və Vergilər Nazirliyinin nümayəndələri olimpiada iştirakçılarını salamlayıb, olimpiadaya qatılan tələbə və magistrantlara uğurlar arzulayıb. Qeyd olunub ki, hər il Bakıdan və digər şəhərlərdən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatılır. Sonra münsiflər heyətinin üzvləri iştirakçıları olimpiadanın şərtlər ilə onları tanış ediblər.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.

Olimpiadanın nəticələrinə və qaliblərin mükafatlandırılmasına həsr olunmuş yekun tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov iştirakçılara öz minnətdarlığını bildirib, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək qalibləri təbrik edib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən mükəmməl iqtisadi islahatlar nəticəsində ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə qalxdığını diqqətə çatdırıb. O, qeyd edib ki, vergi xidməti əməkdaşları ulu öndərin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına sadiq qalaraq ölkəmizin hərtərəfli inkişafı yolunda bütün zəruri tədbirləri görürlər. Artıq 9-cu ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edir. Olimpiyada iştirakçılarının çoxu sonradan vergi orqanlarına işə qəbul üzrə test imtahanlarında yüksək nəticələr göstərərək, vergi orqanlarında işlə təmin olunurlar.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer - Məmmədzadə Murad Teymur oğlu (UNEC)
II yer - Əlizadə Zümrüd Mürşüd qızı (UNEC)
III yer - Hüseynli İsgəndər Həbib (UNEC)

UNEC-in tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülüb.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer - Həmidova Mədinə Bəhruz qızı (UNEC)
II yer - İsmayılov Orxan Oqtay (UNEC)
III yer - Əsədzadə Vüsal Həsən oğlu (UNEC)

UNEC-in magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti