...

Bakı məktəblərində "Açıq qapı" günləri başlayıb

Cəmiyyət Materials 7 Dekabr 2015 14:59 (UTC +04:00)
7 - 22 dekabr tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Açıq qapı” günləri keçiriləcək.
Bakı məktəblərində "Açıq qapı" günləri başlayıb

Bakı. Trend:

7 - 22 dekabr tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində "Açıq qapı" günləri keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, "Açıq qapı" günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.

Bundan başqa, "Açıq qapı" günlərində məktəbin məktəbdənkənar fəaliyyətinin təşkili və icmalarla işin təşkil edilməsi sahəsində mövcud olan innovativ yanaşmaları da öyrəniləcək. Dəqiq fənlərin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) və ibtidai təhsilin (Ana dili) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq "Açıq qapı" günlərinin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, dekabrın 7-də Nəsimi rayonu üzrə Texniki Humanitar Liseydə də "Açıq qapı" günü keçirilib. "Açıq qapı" günü bir neçə sessiya əsasında təşkil edilib. Belə ki, layihənin ilk ünvanı olan THL-də Nəsimi rayon üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, eskpertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb. Eyni zamanda, "Açıq qapı" günündə biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti