...

AMEA prezidenti: Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq

Cəmiyyət Materials 24 Dekabr 2015 13:01 (UTC +04:00)
İstər dünyada, istərsə də regionda gedən siyasi proseslər Azərbaycanda sabitliyə təsir edə bilməyib.
AMEA prezidenti: Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq

Bakı. İlhamə İsabalayeva - Trend:

İstər dünyada, istərsə də regionda gedən siyasi proseslər Azərbaycanda sabitliyə təsir edə bilməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mili Elmlər Akademiyasının pezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Akif Əlizadə YAP-ın təşkilatçılığı ilə keçirilən "Yeni hədəflər naminə" konfransında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin dünyada intellekti ilə fərqlənən ən az saylı liderlərdən biri olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 10 ildə Azərbaycan inkişaf edərək regionun lider ölkəsinə çevrilib. Müasir dünyada elmin sürətlə inkişaf etdiyini və elmin artıq yeni mərhələyə qədəm qoyduğunu deyən AMEA prezidenti qeyd edib ki, respublikamızda elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir.

A.Əlizadə qeyd edib ki, elmin inkişafı ilə bağlı qəbul edilən çox saylı qərarlar sırasında Elmin İnkişafı Strategiyası mühüm yer tutur.

Onun sözlərinə görə, alimlər qarşısında həyata keçirilməli olan yeni mühüm vəzifələr də müəyyənləşib.

A.Əlizadə bildirib ki, Azərbaycanda mövcud təbii şərait nəzərə alınmaqla kənd təsərrüfatının inkişafı, kimya sənayesinin inkişafında elmin yaxından iştirakının təmin edilməsi alimlərin qarşısında mühüm vəzifə kimi dayanıb: "Bizdə hələ də elm və iqtisadiyyatın inkişafı ayrı-ayrılıqda baş verir. Biliklərə əsaslanan iqtisadiyyat qurmaq üçün biznes qurumları da buna dəstək göstərməlidirlər. Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti