...

Hicran Hüseynova: "Maarifləndirmə işləri gücləndirilməsə, böyük problemlərlə rastlaşarıq"

Cəmiyyət Materials 28 Dekabr 2015 17:42 (UTC +04:00)
“Son hadisələr, o cümlədən bizi çox narahat edən Nardaran hadisələri onu göstərdi ki, Azərbaycanı istəyənlər də var, istəməyənlər də”.
Hicran Hüseynova: "Maarifləndirmə işləri gücləndirilməsə, böyük problemlərlə rastlaşarıq"

Bakı. Elçin Mehdiyev - Trend:

"Son hadisələr, o cümlədən bizi çox narahat edən Nardaran hadisələri onu göstərdi ki, Azərbaycanı istəyənlər də var, istəməyənlər də". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.

H.Hüseynova bildirib ki, qadınların çiyninə çöx böyük zəhmət, məsuliyyət düşür: "Biz ailədə atanın və ananın nüfuzunun bərabər olmasını istəsək də, bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olur. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa iş görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. O problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil atasına, anasına iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər".

H.Hüseynova Nardaran qəsəbəsində qızların təhsil problemlərindən də danışıb: "Nardarandan qadınlar mənə müraciət edirlər ki, uşaqlarımızı məktəbə aparmağa qoymurlar. Mən məsələ qaldırıram ki, belə olmaz, bunlar dövlət içində özlərinə dövlət yaradırlar? Qadınlar deyirlər ki, qızlarımızı 5-ci, 6-cı sinifdən məktəbə buraxa bilmirik, bizi hədələyirlər. Azərbaycan dövləti bu gün bütün imkanlardan istifadə edib belə hərəkətiklərə qarşı öz gücünü göstərməlidir. Necə ki, cənab Prezidentin rəhbərliyi altında biz bunu görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti