...

Azərbaycan gəncləri Ankarada terror aktında dünyasını dəyişənləri yad etdilər (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2016 18:10 (UTC +04:00)
Gənclər Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin dini, milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.
Azərbaycan gəncləri Ankarada terror aktında dünyasını dəyişənləri yad etdilər (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nin nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısına toplaşıblar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gənclər səfirliyin önünə gül dəstələri qoyub, ölkələrimizin bayraqlarını dalğalandıraraq terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər.

Gənclər Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin dini, milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti