...

"Belveder" restoranı 8 Mart üçün xüsusi proqram hazırlayıb

Cəmiyyət Materials 29 Fevral 2016 17:01
Qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, “Excelsior Hotel & Spa Baku” hotelinin “Belveder” restoranı xüsusi proqram hazırlayıb.
"Belveder" restoranı 8 Mart üçün xüsusi proqram hazırlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, "Excelsior Hotel & Spa Baku" hotelinin "Belveder" restoranı xüsusi proqram hazırlayıb.

Qonaqları canlı musiqi və moda nümayişi ilə həyəcan dolu şou-proqram gözləyir. Menyuya içkilər, milli və Avropa mətbəxinin orijinal və ləziz yeməkləri daxil edilib. Xüsusi proqramda iştirak etmək üçün bir nəfərin biletinin qiyməti 49 manat təşkil edir.

8 Mart gününü "Belveder" restoranında qeyd etməklə sevimli yarınıza uzun müddət yadda qalacaq əsl bayram əhvali-ruhiyyəsi bəxş edin. Bilet və yer sifariş etmək üçün (012) 496 80 00, (050) 235 35 08 nömrələri vasitəsilə "Excelsior Hotel & Spa Baku" hotelinə zəng vurun.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" delüks, 9 "Duke" standard otaq, iclas otaqları, biznes mərkəzləri, restoranlar və "Aura" sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti