...

Ailə-məişət zorakılığı mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Cəmiyyət Materials 1 Mart 2016 19:43 (UTC +04:00)
“Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Ailə-məişət zorakılığı mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Polis Akademiyasının birgə təşkilatçılığı, respublikanın hüquq-mühafizə orqanları və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə "Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə insan hüquq və azadlıqlarına real təhlükə yaradan, həmçinin cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınmaqla, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikasıın bir sıra istiqamətləri geniş şəkildə müzakirə olunub.

Konfransda Rusiya Federasiyasının və Türkiyə Respublikasının tanınmış hüquqşünas alimləri və bu sahədə çalışan mütəxəssisləri, həmçinin Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Respublika Baş Prokurorluğunun, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Konstitusiya Məhkəməsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Gömrük Akademiyasının, Vergilər, Ədliyyə nazirliklərinin, Ədliyyə Akademiyasının, Məhkəmə Ekspertizası Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan beynəlxalq elmi-praktiki konfransda ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemlərinin tədqiqinin nəticələri ilə bağlı Bəyannamə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti