...

UNEC gələcək tələbələri ilə görüşür (FOTO)

Cəmiyyət Materials 10 Mart 2016 10:47 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni layihəyə start verib. Layihə çərçivəsində UNEC əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqdsədi ilə Bakının ən aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir.
UNEC gələcək tələbələri ilə görüşür (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni layihəyə start verib. Layihə çərçivəsində UNEC əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqdsədi ilə Bakının ən aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir.

Bu barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Artıq layihə çərçivəsində Bakıda yerləşən "İstək" liseyi, Nəsimi rayon 1 və 54 saylı tam orta məktəblərinə səfərlər təşkil edilib.

Görüşlərdə şagirdlərə UNEC haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb.

Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisədir. Burada təhsil 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. UNEC tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır.

Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu UNEC-də əldə etmək imkanını xüsusi maraqla qarşılayıb. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırıb.

Şagirdlərə UNEC haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanıb və tanıtım videoçarxı nümayiş etdirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Görüşlər mart ayı boyunca digər məktəblərdə də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti