...

"Azərsu" Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi

Cəmiyyət Materials 29 Mart 2016 11:14 (UTC +04:00)
Dünəndən yağan intensiv yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkətə ciddi problemlər yaradıb.
"Azərsu" Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi

Bakı. Samir Əli - Trend:

Dünəndən yağan intensiv yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkətə ciddi problemlər yaradıb. Ərazidə yığılan yağış suları avtomobillərin hərəkətinə maneələr yaradıb.

"Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında bildirib ki, hazırda ərazidəki suları təmizləmək üçün prospektə təmizləyən xüsusi qurğulu avtomobillər cəlb edilib: "Avtomobillər kollektorların yağış sularını normal qəbul edə bilməsi üçün mərkəzi kollektorlar, xətlər yuyulur. İntensiv yağan yağışlarda kollektorlar yağış sularını ötürüb çatdıra bilmir və nəticədə bu cür problemlər yaranır".

A.Cəbrayıllı bildirib ki, "Azərsu" ASC-də mütəxəssislərin iştirakı ilə hazırda bu problemlə bağlı xüsusi layihə hazırlamaq planlaşdırılır. Həmin layihənin icrasından sonra problemin birdəfəlik həllinə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti