Bakı. Samir Əli-Trend
Ədliyyə Nazirliyi tərəfindən vətəndaş-məmur münasibətlərinin minumuma endirilməsi, vətəndaşlara göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir.
Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda ədliyyə orqanları tərəfindən 22 elektron xidmət aparılır: "Son iki il ərzində nazirliyin elektron xidmətlərin istifadə sayı 1 milyonu ötüb. ASAN xidmət çərçivəsində 2 milyona yaxın əməliyyat məhz ədliyyə işçiləri tərəfidən həyata keçirilib".