...

Səs problemlərinə həsr olunmuş “Sağlam səs” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2016 10:00 (UTC +04:00)
Aprelin 15-də Bakıda, Azərbaycan Milli Konservatoriyasının Böyük zalında “Lor Hospital”ın nəzdində fəaliyyət göstərən “Səs mərkəzi”nin təşəbbüsü ilə səs problemlərinə həsr olunmuş “Sağlam səs” mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbir “16 aprel Dünya səs günü”nə həsr olunmuşdu. Konfrans Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsinin yad edilməsi və Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başlandı.
Səs problemlərinə həsr olunmuş “Sağlam səs” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı-Trend

Aprelin 15-də Bakıda, Azərbaycan Milli Konservatoriyasının Böyük zalında "Lor Hospital"ın nəzdində fəaliyyət göstərən "Səs mərkəzi"nin təşəbbüsü ilə səs problemlərinə həsr olunmuş "Sağlam səs" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbir "16 aprel Dünya səs günü"nə həsr olunmuşdu. Konfrans Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsinin yad edilməsi və Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başlandı.

Konfransı giriş sözü ilə açan Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kərimi bu mövzuda geniş bir tədbirin ölkəmizdə ilk dəfə keçirilməsini bildirdi və problemin çox aktual olduğunu vurğuladı. Qeyd etdi ki, xüsusən professional səs istifadəçilərinin qarşılaşdıqları problemlərin həlli yollarında onlara yardımçı olacaq maarifləndirici informativ xarakterli konfransın, rəhbəri olduğu elmi müəssisədə keçirilməsinin böyük əhəmiyyəti var.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Otorinolarinqoloqu, Professor Nazim Hüseynov da öz çıxışında problemin aktuallığını vurğuladı və konfransın işinə uğurlar arzuladı.

Sonra "Dünya Səs Günü" Azərbaycan Milli Koordinatoru T.e.ü.f.d. Ramil Həşimli 2002-ci ildən etibarən bütün dünyada qeyd olunan bu günün keçirilməsində əsas məqsədin ictimaiyyətə səsin insan həyatındakı vacibliyini, əhəmiyyətini qeyd etmək, səsdə yarana biləcək problemlər və bu problemlərin müalicə-proflaktik həlli prinsipləri haqqında informasiya vermək olduğunu bildirdi.

Konfrans öz işini "Lor Hospital" Səs mərkəzinin həkimləri və vokal pedaqoqu tərəfindən professional səs istifadəçilərində səs problemlərinin müayinə və müalicə prinsipləri" , "Səsin akustik analizi", "LTAS-ın orta və uzun müddətli spektrlərinin istifadəsilə Azərbaycan xanım xanəndələrində bəm və zil tonların akustik analizi", "Səs terapiyası" və "Professional səs istifadəsi və Səs mərkəzi" mövzularında interaktiv məruzələrlə davam etdirdi. Doktor Ramil Həşimlinin rəhbərlik etdiyi həkimlər briqadası tərəfindən ölkəmizdə ilk dəfə icra olunan "səs qalınlaşdırma" əməliyyatının nəticələri də konfransın gedişində məruzə olundu. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla dinlənildi, mövzular ətrafında geniş müzakirələr aparıldı.

Çıxış edən qonaqlar belə bir tədbirin təşkili və keçirilməsinə görə LOR Hospitala öz təşəkkürlərini bildirdilər, bu işin lazımlı və davamlı olmasını qeyd etdilər.

Konfransda Milli Konservatoriyanın professor-müəllim heyəti, tələbələri, bir sıra tanınmış musiqiçilər, həkimlər iştirak etdilər.

Əlaqə: Kəmalə Əsədli (070 242 20 04) [email protected]
Rövşən Əliyev (050 322 18 53) [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti