...

Bölgələrdə şəxsiyyət vəsiqəsinin verilməsi üzrə səyyar xidmətlər davam edir

Cəmiyyət Materials 16 Aprel 2016 13:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Bölgələrdə şəxsiyyət vəsiqəsinin verilməsi üzrə səyyar xidmətlər davam edir

Bakı. Trend:

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər respublikanın Quba, Qusar, Şamaxı, Masallı, Cəlilabad, Tovuz, Şəmkir, Ağsu, Zərdab və Samux rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı Quba rayonunda 848, Qusar rayonunda 281, Masallı rayonunda 340, Cəlilabad rayonunda 252, Tovuz rayonunda 478, Ağsu rayonunda 47, ümumilkdə 2250-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib. Şəmkir rayonunda 1331, Şamaxı rayonunda 30, Zərdab rayonunda 68, Samux rayonunda isə 352, ümumilikdə 1800 nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti