...

Jan-Pyer Allali: Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir

Cəmiyyət Materials 20 Aprel 2016 17:39 (UTC +04:00)
Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allali 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" kimi qeyd edilməsindən danışıb.
Jan-Pyer Allali: Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir

Bakı. Trend:

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allali 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" kimi qeyd edilməsindən danışıb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, o, qeyd edib: "Mən Azərbaycanı çox yaxşı tanıyıram, bu ölkəyə mütəmadi olaraq səfərlər edirəm. Müsəlman, lakin yetərincə dünyəvi dövlət olan bu ölkə tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir".

J.Allali bildirib ki, Azərbaycanda bütün dinlər və mədəniyyətlər heç bir diskriminasiyaya məruz qalmadan bütün azərbaycanlıların çiçəklənməsi və xoşbəxtliyi naminə ahəngdar şəkildə qarışmışdır: "Azərbaycanda "birgə yaşamaq" prinsipi uzun zamandan bəri mövcuddur. Bu, Avropa ölkələrində uzu müddətdir hədəf elan olunsa da, Azərbaycanda təbii və sülh içərisində mövcud olmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti