...

Marafon üçüncüsü: "Bakı Marafonu 2016" yüksək səviyyədə təşkil edilib

Cəmiyyət Materials 1 May 2016 13:52 (UTC +04:00)
Bakı Marafonu 2016" yüksək səviyyədə təşkil edilib.
Marafon üçüncüsü: "Bakı Marafonu 2016" yüksək səviyyədə təşkil edilib

Bakı. Trend:

"Bakı Marafonu 2016" yüksək səviyyədə təşkil edilib. Bunu Trend-ə marafonda qadınlar arasında üçüncü yeri tutmuş Rəqsanə Rəcəbli deyib.

O bildirib: "Ümid edirdim ki, marafonun nəticələri üzrə yer (mükafat yeri) tutacağam. Daha əvvəl 17 kilometrlik marafonda iştirak etmişəm, buna görə də bu gün xüsusi çətinliyim olmadı".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti