...

"İsmayıllı, Qəbələ və Oğuzun tarixi abidələrinin təbliği" layihəsinin bağlanış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 2 May 2016 19:13 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “İsmayıllı, Qəbələ, Oğuz rayonlarının tarixi abidələrinin təbliği” layihəsinin bağlanış mərasimi olub.
"İsmayıllı, Qəbələ və Oğuzun tarixi abidələrinin təbliği" layihəsinin bağlanış mərasimi olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "İsmayıllı, Qəbələ, Oğuz rayonlarının tarixi abidələrinin təbliği" layihəsinin bağlanış mərasimi olub.

Bağlanış mərasimində Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Ramin Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yusif Məhəmmədoğlu, jurnalist Tural İsmayılov və bir sıra ictimaiyyət xadimləri iştirak ediblər.

Layihə rəhbəri Fidan Yusifli bildirib ki, layihənin əsas məqsədi İsmayıllı, Qəbələ, Oğuz rayonlarının turizm ehtiyatlarının öyrənilməsi, tarixi və təbiət abidələri barədə geniş məlumatın əldə edilməsi, yeni turizm marşrutları barədə təkliflər hazırlamaqla bu marşrutların sayının artırılması, dini turizmin inkişaf etdirilməsi, eləcə də müvafiq qurumlara çatdırmaqla mövcud turizm potensialından daha geniş istifadə imkanlarının yaradılması və mədəni irsimizin təbliğidir.

Tədbir zamanı çıxış edən layihə rəhbəri qeyd edib ki, bu gün informasiya müharibəsində müdafiəçi yox, hücumçu olmaq lazımdır. O, informasiyanın nüvə silahından qat-qat üstün olduğu zamanda vətənimizin müdafiəsinin əsas məsuliyyətinin məhz gənclərin üzərinə düşdüyünü qeyd edib.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilməsi nəzərdə tutulan "İsmayıllı, Qəbələ, Oğuz rayonlarının tarixi abidələri" adlı kitabça paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti