...

"Avtovağzal-Memar Əcəmi" stansiyalarında qatarların intervalı dəyişdirildi

Cəmiyyət Materials 17 May 2016 14:57 (UTC +04:00)
Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib.
"Avtovağzal-Memar Əcəmi" stansiyalarında qatarların intervalı dəyişdirildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən həftə həmin xətt üzrə hərəkət edən qatarların cədvəli dəyişdirilərək qatarlar arasındakı interval 1 dəqiqə azaldılıb: "Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları arasında qatarların hərəkət intervalı 1 dəqiqə azaldılaraq 8 dəqiqəyə endirilib. Xətt yeni istifadəyə verilərkən isə interval ilkin olaraq 9 dəqiqə müəyyən edildiyi halda, ötən həftə həmin interval dəyişdirilib. Tunellərarası mənzil yeni olduğundan yolların öyrənilməsi və qatarların sürətinin nizamlanması məqsədilə bir müddət qatarlar arasındakı interval 9 dəqiqə olsa da, sonradan yeni qrafik tətbiq olunuib. Qatarların sürətini artırmaqla, eyni zamanda bir qatarda 2 maşinist briqadasının işini təmin etməklə interval 8 dəqiqəyə salınıb. Hər iki stansiya arasında qatarların gediş müddəti 3 dəqiqə olduğu üçün qatarların gediş və gəlişi 6 dəqiqə olur və qatar hər iki stansiyada 1 dəqiqə dayanır".

N.Paşayev deyib ki, həmin xətt üzrə hərəkət edən qatarlar arasındakı interval azaldıla bilər və hazırda bununla bağlı işlər davam etdirilir.

O qeyd edib ki, bu interval pik saatlar və gündüzlər tətbiq olunur: "Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sərnişin həddindən artıq az olduğunda interval bir az artıq olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti