...

Azərbaycanlı professor Rusiya Akademiyasının müxbir üzvü seçilib

Cəmiyyət Materials 17 May 2016 17:14 (UTC +04:00)
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib.
Azərbaycanlı professor Rusiya Akademiyasının müxbir üzvü seçilib

Trend-i buradan izləyin

Bakı. Trend:

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. Trend-in məlumatına görə, o, həmçinin Rusiyanın "Böyük Pyotr Ordeni" ilə təltif edilib.

Alim bu mükafata "Struktur elementləri arasında daxili qarşılıqlı təsirin mexanika effekti nəzərə alınmaqla kompozit materiallar mexanikasının", "Fiziki-kimyəvi xassələrin dəyişilməsi nəzərə alınmaqla polimer və kompozit materiallar mexanikasının", o cümlədən "Elektromaqnit sahələrinin və maye mühitin kimyəvi dəyişməsinin qarşılıqlı təsiri mexanikasının" xüsusi nəzəriyyələrinin yaradılması sahəsindəki xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, professor Q.Əliyev əsasını qoyduğu nəzəriyyələrin riyazi aparat, kompyuter modelləşdirməsi üçün ədədi proqramlar paketləri və strateji məhsulun istehsalat-texnoloji xətlərini ilk dəfə təklif etmiş və bununla dünya fizika-riyaziyyat elminə böyük töhfələr vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti