...

Mübariz Qurbanlı: Dindən siyasi məqsədlər üçün istifadə olunur

Cəmiyyət Materials 18 May 2016 11:07 (UTC +04:00)
“Bu gün din bəzi qüvvələr tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Yalnız İslam dini deyil, başqa dinlərdən də radikal qruplar öz məqsədləri üçün istifadə edirlər”.
Mübariz Qurbanlı: Dindən siyasi məqsədlər üçün istifadə olunur

Bakı. Elçin Mehdiyev - Trend:

"Bu gün din bəzi qüvvələr tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Yalnız İslam dini deyil, başqa dinlərdən də radikal qruplar öz məqsədləri üçün istifadə edirlər".

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Azərbaycan Dövlət İdarəçilik Akademiyasında "Fitnə" sənədli filminin təqdimatı zamanı deyib.

M.Qurbanl bildirib ki, eyni zamanda dindən siyasi məqsədlər üçün də istifadə olunur: "Ona görə biz dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik".

Komitə sədri bildirib ki, Azərbaycan multikultural dəyərlərin terrorizmə, radikalizmə qarşı bir mübarizə vasitəsi olduğunu bəyan edir.

O bildirib ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: "Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır. Burada ən yaxşı vasitələrdən biri də sənədli filmlərin çəkilməsidir. Hesab edirik ki, dini radikalizmə qarşı mübarizədə bu cür sənədli filmlərin sayını artıraq və radikal qrupların islam dininə nə qədər təhlükə törətdiyini gənclərə çatdıraq".

M.Qurbanlı bildirib ki, bu gün hətta bədii filmlərdən ayrı-ayrı qruplar öz maraqları üçün istifadə etməyə çalışırlar: "Bəzən belə filmlərdə tarixi həqiqətlər təhrif edilir, insanlar da bunlara inanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti