...

Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb (FOTO)

Cəmiyyət Materials 21 May 2016 13:46 (UTC +04:00)
Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb.
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb.

Trend-in məlumatına görə, bu gün uşaqların yaş kateqoriyasında (2000-2007-ci il təvəllüdlü) qadın cütlüklər arasında, kiçiklərin yaş kateqoriyasında kişi və qadın qrupları (2002-2010-cu il təvəllüdlü) qarışıq cütlüklər, böyüklərin yaş kateqoriyasında kişi cütlüklər arasında kombinə tapşırıqlar (2002-ci il və daha böyük) və yuniorlar (1998-2006-cı il təvəllüdlü), yuniorlar yaş kateqoriyasında qadın cütlüklər və yuniorlar yaş kateqoriyasında (1997-2005) qarışıq cütlüklər arasında balans və temp hərəkətləri yarışlarında medallar oynanılacaq.

İki gün ərzində "Ocaq", "Neftçi" idman məktəbləri, Bakı Gimnastika Məktəbi, eləcə də Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 67 gimnast iştirak edəcək.

"Ocaq" idman məktəbinin nümayəndələri akrobatika üzrə yarışlarda birinci dəfə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti