...

Ekoloqlar peşə bayramını qeyd edir (FOTO)

Cəmiyyət Materials 23 May 2016 12:35
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.
Ekoloqlar peşə bayramını qeyd edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Nazirliyin kollektivi əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar və Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini, yeni-yeni layihələrin həyata keçirildiyini bildirib və qarşıda duran vəzifələr, perspektiv planlar barədə məlumat verib.

Sonra H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində Nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edib.

Tədbirin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti