...

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində oxumaq istəyənlər üçün müsahibə keçirilib

Cəmiyyət Materials 24 May 2016 17:31 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Mayın 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün imtahanın müsahibə mərhələsini keçirib.

Komissiyadan Trend-ə verilən məlumata görə, mayın 22-də keçirilmiş test imtahanında 8 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunub. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılıb və ən yüksək nəticə göstərən 3 nəfər müəyyən edilib və onların namizədliyi MDBƏU-ya ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İmtahanın növbəti mərhələsi MDBƏU tərəfindən Moskva şəhərində iyunun 27 və 29-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. "Beynəlxalq iqtisadi əlaqələr fakültəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti