...

Xədicə İsmayıl azadlığa buraxıldı

Cəmiyyət Materials 25 May 2016 15:48 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.
Xədicə İsmayıl azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti