...

"Znatokiada-2016" intellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 27 May 2016 11:26 (UTC +04:00)
Gənclərin intellektual səviyyəsinin artırılması, respublikanın intellektual sahədə beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və gənclər arasında beynəlxalq əməkdaşlığını təmin olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən 27-30 may tarixlərində “Znatokiada-2016” intellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcək.
"Znatokiada-2016" intellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Gənclərin intellektual səviyyəsinin artırılması, respublikanın intellektual sahədə beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və gənclər arasında beynəlxalq əməkdaşlığını təmin olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən 27-30 may tarixlərində "Znatokiada-2016" intellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcək.

Nazirliyin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Znatokida - intellektual oyunlar üzrə geniş təmsilçiliyə malik böyük və mötəbər bir turnirdir. Turnir özündə bir neçə intellektual oyunu birləşdirir. Hər il fərqli ölkədə keçirilən turnir bu günə kimi İsrail, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya kimi ölkələrdə baş tutub.

Bakıda keçiriləcək "Znatokiada-2016" turnirində 18 ölkədən 80 komandanın (400 nəfər) iştirakı gözlənilir. Komandalar öz qüvvələrini 4 əsas intellektual yarışma növündə: "Nə? Harada? Nə zaman?", "Xəmsə" Milli İntellektual Oyunu, "Fərdi oyun", "Breyn-rinq" və çoxlu sayda əlavə intellektual yarışmalarda sınayacaqlar.

Qeyd edək ki, turnir çərçivəsində intellektual oyunlar arasında ölkəmizin ilk milli brendi olan "Xəmsə" milli intellektual oyununun təbliginə xüsusi diqqət ayrılacaq.

Aşağıda adları qeyd olunan ölkələrin ən güclü biliciləri Bakıda keçirilən Znatokiadanın iştirakçıları olacaq:

Azərbaycan
ABŞ
Almaniya
Bolgarıstan
Çexiya
Estoniya
Finlyandiya
Gürcüstan
İngiltərə
Qazaxtan
Latviya
Litva
Moldova
Özbəkistan
RusiyaFederasiyası
Tacikistan
Türkmənistan
Ukrayına

Turnirin açılışı mayın 28-də saat 11.30-da, bağlanış mərasimi isə mayın 30-da saat 16.00-da "Fairmont" otelinin "Nizami" zalında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti