...

Tarix dərsliyi yenilənəcək

Cəmiyyət Materials 31 May 2016 16:31 (UTC +04:00)
Tarix İnstitutu orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliklərinin proqramlarının və mövzularının hazırlanmasına başlayıb.
Tarix dərsliyi yenilənəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliklərinin proqramlarının və mövzularının hazırlanmasına başlayıb. Bunu Trend-ə institun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, orta məktəblərin mövcud tarix dərsliklərinin proqramları qaneedicidir: "Biz dərsliklərin proqramlarını dəyişdirmişik. Tarix İnstitutu bu işdə fəal iştirak edir. Biz heç kəsdən göstəriş gözləmədən konsepsiyamızı hazırlamışıq. 5-ci sinifdən başlayaraq, biz öz tariximizi uşaqlarımıza istədiyimiz kimi təqdim edirik".

Y.Mahmudov qeyd edib ki, artıq 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri üçün yeni dərsliklər hazırlanıb: "İndi 10-cu sinif üçün tarix dərsliklərinin proqramlarının hazırlanmasına başlanılıb. Dərsliklərin mövzuları da Tarix İnstitutu tərəfindən hazırlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti