...

IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir

Cəmiyyət Materials 1 İyun 2016 12:53 (UTC +04:00)
IBM şirkətinin vitse-prezidenti Rac Rayçura Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir

Trend-i buradan izləyin

Bakı. Trend:

IBM şirkətinin vitse-prezidenti Rac Rayçura Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonağı Ali Məktəbdə görməyindən məmnunluğunu ifadə edib və ona BANM-in məqsəd və hədəfləri, eləcə də enerji, avtomtlaşdırma və İKT sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərlə sıx əməkdaşlığı haqqında danışıb.

Ali Məktəbin yaradılmasında əsas məqsədin yerli və beynəlxalq əmək bazarında yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş, ingilis dilli və geniş dünyagörüşlü mütəxəssislərə olan ehtiyacın ödənilməsi üçün mühəndis kadrların hazırlanması olduğunu qeyd edən rektor IBM şirkəti ilə daha geniş səviyyədə əməkdaşlıq üçün BANM-də hərtərəfli imkanların mövcud olduğunu deyib.

IBM şirkətinin vitse-prezidenti Rac Rayçura səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Ölkənin ən istedadlı tələbələrinin oxuduğu ali təhsil ocağı ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını ifadə edən cənab Rayçura bu sahədə çoxsaylı perspektivlərin olduğunu deyib.

O, xüsusilə IBM-in BANM-in yeni kampusunda yaradılacaq laboratoriyalarda kadr hazırlığı prosesinə ən müasir texnika və texnologiyalarının dəstəyi ilə mühüm töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, BANM-lə IBM arasında sıx əlaqələr mövcuddur və hazırda neft-qaz, avtomatika və İKT üzrə proqram təminatlarının yaradılması və istifadəsinə dair birgə fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti