...

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 7 İyun 2016 19:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 5-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Bakı. Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 5-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

TQDK-dan Trend-ə verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

İmtahanda 8618 bakalavr iştirak edib. 443 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti