...

Latviya səfiri "ASAN Viza" və "Formula 1"-dən danışıb

Cəmiyyət Materials 9 İyun 2016 18:34 (UTC +04:00)
Bakıda "Formula 1" Avropa Qran-prisinin keçirilməsi dünya arenasında Azərbaycanın populyarlığını artıracaq.
Latviya səfiri "ASAN Viza" və "Formula 1"-dən danışıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda "Formula 1" Avropa Qran-prisinin keçirilməsi dünya arenasında Azərbaycanın populyarlığını artıracaq.

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, adıçəkilən yarış ölkənin turizm potensialını artıracaq: "Bakı beynəlxalq tədbirlərin uğurlu təşkilatçısına çevrilib".

Səfir Azərbaycanda yaradılmış "ASAN Viza" sistemini çox səmərəli hesab edir: "Bu sistem Latviya və digər ölkələrdən turistlərin Azərbaycana daha tez-tez gəlməsinə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti