...

Bakı kiyevli turistdə xoş təəssürat yaradıb

Cəmiyyət Materials 17 İyun 2016 15:03 (UTC +04:00)
Bakı çox gözəl şəhərdir. Bunu Trend-ə Bakıya "Formula 1" yarışlarını izləməyə gəlmiş kiyevli İrina Kostyuçek deyib.
Bakı kiyevli turistdə xoş təəssürat yaradıb

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakı çox gözəl şəhərdir. Bunu Trend-ə Kiyevdən Bakıya "Formula 1" yarışlarını izləməyə gəlmiş İrina Kostyuçek deyib.

Onun sözlərinə görə, şəhər çox xoş təəssürat yaradıb.

Turist qeyd edib ki, Azərbaycan mətbəxi çox gözəldir: "Bura yenə gəlməyi düşünürük".

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti