...

Azarkeş: Ölkəmizdə gimnastikanın necə inkişaf etdiyini görürük (FOTO)

Cəmiyyət Materials 23 İyul 2016 11:29 (UTC +04:00)
"Biz ailəlikcə gimnastika yarışlarını izləməyə gəlmişik və ölkəmizdə gimnastikanın necə inkişaf etdiyini görürük".
Azarkeş: Ölkəmizdə gimnastikanın necə inkişaf etdiyini görürük (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

"Biz ailəlikcə gimnastika yarışlarını izləməyə gəlmişik və ölkəmizdə gimnastikanın necə inkişaf etdiyini görürük".

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun final yarışlarına tamaşa etməyə gəlmiş Rəşad Babayev deyib.

O bildirib ki, Azərbaycanda idmana böyük diqqət göstərilir və idmanımız, o cümlədən gimnastika sürətlə inkişaf edir:

"Milli Gimnastika Arenasına isə söz ola bilməz. Azərbaycan bu cür arenaları ilə heç bir ölkədən geri qalmır, hətta deyərdim ki, üstündür. Prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edirik ki, ölkəmizdə belə şərait yaradıblar. Bunun hamısı xalqımıza, uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub (FOTO)

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub (FOTO)

Gimnastika azarkeşi qeyd edib ki, Azərbaycanda bu cür beynəlxalq yarışların keçirilməsi ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır:

"Bir azərbaycanlı kimi bizim üçün böyük fəxrdir ki, ölkəmizdə belə yarışlar keçirilir. Fəxr hissi duyuram. Bizim də vətəndaş borcumuzdur ki, gəlib bu yarışlara tamaşa edək, komandalarımıza dəstək olaq, onları ruhlandıraq. Uşaqları da gətiririk ki, baxsınlar, idmana maraqları yaransın".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti