...

Bakı Metropoliteni idmançılarımıza dəstək aksiyasına start verdi (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 11:58 (UTC +04:00)
İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib.
Bakı Metropoliteni idmançılarımıza dəstək aksiyasına start verdi (FOTO)

Bakı. Samir Əli - Trend:

İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyiətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu sosial layihə çərçivəsində “Elmlər Akademiyasi”, “Nizami”, “28 May”, “Sahil”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında avqustun 5-i Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.

Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda, "Rio-2016" olimpiadasından sonra start götürəcək paralimpiya oyunlarında iştirak edəcək təmsilçilərimizə ölkəmizi ləyaqətlə təmsil etməsinə və Vətənə böyük qələbələrlə qayıtmalarına dəstək olmaqdır.

207 ölkənin təmsilçisinin iştirak edəcəyi XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, 175 ölkədən təmsilçinin qatılacağı XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Olimpiadada ölkəmizi 18 idman növündə 56 idmançı təmsil edəcək. Paralimpiya Oyunlarında isə 24 idmançımız çıxış edəcək.

Qeyd edək ki, Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində də Bakı metropoliteni Oyunlarının keçirildiyi günlərə xüsusi hazırlaşmışdı. Metropoliten sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsini təmin edən iki yenilik təqdim etmişdi. Stansiyaların sərnişin informasiya sisteminə yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlər üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahı Azərbaycan və ingilis dillərində təqdim edilmişdi.

Bundan əlavə, qatarlarda stansiya adları Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində səsləndirilmişdi. Oyunların keçirildiyi günlərdə stansiyalarda xarici dil biliyi olan və əvvəlcədən təlimlər keçmiş 90 könüllü çalışmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti