...

Xəbərdarlıq - avqustun 15-dək anomal istilər olacaq

Cəmiyyət Materials 11 Avqust 2016 16:07 (UTC +04:00)
Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Xəbərdarlıq - avqustun 15-dək anomal istilər olacaq

Bakı. Trend:

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti