...

ƏƏSMN-nin "Çağrı mərkəzləri" ötən ay 20 minə yaxın müraciət cavablandırıb

Cəmiyyət Materials 12 Avqust 2016 15:54 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri” tərəfindən ötən ay 19990 müraciət cavablandırılıb.
ƏƏSMN-nin "Çağrı mərkəzləri" ötən ay 20 minə yaxın müraciət cavablandırıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri” tərəfindən ötən ay 19990 müraciət cavablandırılıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və s.) əlaqədar müraciətlərin operativ və dolğun şəkildə cavablandırılması təmin olunur.

Bu istiqamətdə işlərin davamı olaraq, cari ilin iyul ayında həmin “Çağrı mərkəzləri” tərəfindən 19990 müraciət cavablandırılıb. Onların 95,7 faizini və ya 19121-ini aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər təşkil edib. Qalan müraciətlər isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.

142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29,2 faizi sosial təminat, 9,8 faizi əmək qanunvericiliyi, 20,3 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 5 faizi isə məşğulluğun təminatı məsələlərini əhatə edib. Həmçinin müraciətlərin 3 faizi fərdi uçotun təşkili, 10,6 faizi pensiya və müavinətlər, 8,4 faizi məcburi dövlət sosial sığorta, 8 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərinə aid olub.

Əvvəlki iyun ayı ilə müqayisədə iyul ayında “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında 3,9 faiz azalma qeydə alınıb. Nazirliyin digər fəaliyyət sahələri kimi, sosial təminat sisteminin də elektron texnologiyalar üzərində şəffaflaşdırılması, bu sahədə xidmətlərin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsi həmin sahə ilə bağlı müraciətlərin də getdikcə azalmasına səbəb olub. Belə ki, ötən ay sosial təminat məsələləri ilə əlaqədar nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 20 faizə yaxın azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti